Türk nazirdən İLK MÜJDƏ: "Ölkənin hər tərəfinə çatacaq..."
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyənin şimalındakı Zonquldak vilayətinin Çaycuma bölgəsində Filios təbii qaz emalı zavodunun tikintisi ilə tanış olub.
Publika.az xəbər verir ki, nazir bu obyektdən qazın dənizdən quruya ötürülməsi həyata keçiriləcəyini bildirib.
"Zavodun ilkin gücü sutkada 10 milyon kubmetr olacaq, lakin sonradan bu rəqəmi 40 milyon kubmetrə çatdırmağı planlaşdırırıq. Bu layihə həm də ekoloji təmiz təşəbbüsdür", - nazir vurğulayıb.
Onun sözlərinə görə, obyekt 320 hektar ərazidə tikilir.
"Hesab edirəm ki, bu miqyasda və bu həcmdə müəssisə Avropada birinci yeri tutacaq. Burada ən son texnologiyalar tətbiq olunacaq. Ehtimal edirik ki, sənaye kompleksi gələn ilin birinci rübündə istifadəyə veriləcək. Türkiyənin paylayıcı sisteminə qoşulduqdan sonra Qara dənizdən alınan qaz Türkiyənin hər yerində istifadə olunacaq. Bundan həm türk xalqı, həm də dövlətin özü qazanacaq", - deyə Dönməz əlavə edib.
Xidmetler [newsid: 0-123300]

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi