Türkiyə Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə hazırdır
"Türkiyə Avropaya ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə hazırdır. Əgər Avropa ölkələri müvafiq siyasi iradə nümayiş etdirsə, təbii qazın Trans-Balkan qaz kəməri ilə nəqli mümkündür".
KONKRET.az TRT-yə istinadən xəbər verir ki, bunu Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin dayandırılması ilə bağlı Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.
"Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır. Əgər Avropa öz öhdəliklərinə siyasi iradə və sadiqlik nümayiş etdirsə və interkonnektorlara sərmayə qoysa, biz hər il Trans-Balkan Boru Kəməri ilə Mərkəzi və Şərqi Avropaya 10 milyard kubmetrə qədər qaz ixrac edə bilərik", – deyə nazir qeyd edib.
Xatırladaq ki, yanvarın 1-də Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatıb.
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır