Türkiyə Bosfor boğazından keçid haqqını artırır
İyulun 1-dən Bosfor və Çanaqqala boğazlarından keçid haqqı artacaq.
KONKRET.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, bir gəmi üçün nəzərdə tutulan tarif artımı 5,07 dollar təşkil edəcək.
"Əvvəllər 0,80 ABŞ dolları məbləğində rüsum alırdıq. Bu prosedur 1983-cü ildən 2022-ci il oktyabrın 7-dək qüvvədə olub. Prezidentin 7 oktyabr 2022-ci il tarixli fərmanı ilə biz ödənişi təxminən 5 dəfə artıraraq 4,08 dollara çatdırdıq. 1 iyul 2023-cü il tarixindən etibarən komissiyanı 4,42 dollara qədər artırdıq. 2024-cü il iyulun 1-dən tariflərdə yeni artım olacaq – 5,07 dollara qədər", – Türkiyənin NTV telekanalı onun sözlərindən sitat gətirir.
Uraloğlunun sözlərinə görə, prezidentin qərarına əsasən, tariflər 2022-ci ildən etibarən hər il yenilənir və gələcəkdə də yenidən baxılacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir