Türkiyə DİN HƏRƏKƏTƏ KEÇDİ: İstanbul Böyükşəhər Bələdiyyəsində xüsusi yoxlama başladıldı
Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyükşəhər Bələdiyyəsində terror təşkilatlarına bağlı kadrların olması ilə bağlı müraciətlərdən sonra məsələnin araşdırılması üçün xüsusi yoxlama başladıb.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
"İstanbul Böyükşəhər Bələdiyyəsində, ona bağlı təşkilatlarında və şirkətlərində işə götürülən kadrlardan, 455-nin PKK/KCK, 80-nin DHKP-C, 20-nin MLKP, 2-nin MKP, bəzilərinin isə FETÖ və digər terror təşkilatları ilə əlaqəsinin olması ilə bağlı müraciət, şikayət və əldə edilmiş nəticələr əsasında nazirliyimiz tərəfindən məsələnin hərtərəfli araşdırılması üçün xüsusi yoxlama başladılıb.
Bundan əlavə, DİAYDER referansı ilə PKK terror təşkilatıyla əlaqəli şəxslərin İstanbul Böyükşəhər Bələdiyyəsində yerləşdirildiyinə dair İstanbul Vilayət Jandarma Komandanlığı tərəfindən aparılan araşdırmalar nəticəsində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədəki iddialar və təsbitlər də yuxarıda qeyd olunan xüsusi yoxlamanın əhatə dairəsinə daxildir", - nazirlikdən bildirilib.
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var