Türkiyə faktoru hər şeyi dəyişdi – Məşhur rusiyalı politoloqla MÜSAHİBƏ

Türkiyə faktoru hər şeyi dəyişdi – Məşhur rusiyalı politoloqla MÜSAHİBƏTürkiyə faktoru hər şeyi dəyişdi – Məşhur rusiyalı politoloqla MÜSAHİBƏ
Məşhur rusiyalı jurnalist, politoloq, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, "Rusiya Qlobal Siyasətdə" jurnallının baş redaktoru Fedor Lukyanov Qarabağda Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibənin davamı olan siyasi proseslər barədə Media.Az saytının suallarını cavablandırıb.
- ATƏT-in Minsk Qrupu daha çox ölüdür? Son günlərdə ATƏT-in Minsk Qrupunun aktivləşdirilməsinin vacibliyi, bəzi funksiyaların ona verilməsi barədə yenidən müzakirələr başlayıb...
- Minsk Qrupu mövcud olmağa davam edəcək, axı heç kim ATƏT-i ləğv etməyib. İstənilən beynəlxalq institusional qurumu yaratmaq daha asandır, nəyin ki, onun fəaliyyətinə xitam vermək. Beynəlxalq səviyyədə bürokratik ətalət milli səviyyədə olan ətalətdən daha güclüdür. Bundan əlavə, nəzərə alınmalıdır ki, ABŞ və Fransa Minsk Qrupunun həmsədr ölkələridir və onlar öz rollarını müəyyənləşdirmək istəyirlər.
İndi vəziyyət (Qarabağ münaqişəsi ətrafında - red) Qərb dövlətlərinin iştirakı olmadan dəyişib, buna görə də hər hansı bir vasitə ilə də olsa bu prosesdə qalmaq, bəlkə də öz rollarını geri qaytarmaq istəyirlər. Minsk Qrupu formatı onlara belə bir fürsət verir. Bu struktur həqiqətənmi hər hansı bir funksiyanı yerinə yetirəcək və ya proseslərə təsir edəcək? Mən əmin deyiləm. İndi vəziyyət başqa bir mərhələyə keçib. Əsas rolu münaqişə zonasında gücə sahib olanlar, yəni Rusiya və Türkiyə və təbii ki, iştirakçı olaraq Azərbaycanla Ermənistan oynayır.  Məhz bu ölkələr prosesin dinamikasını müəyyənləşdirirlər. Qalanları isə bir növ köməkçi funksiyalarla məşğul olmağı təmin edə bilər, ancaq nəyisə müəyyənləşdirə bilməz.
- Azərbaycandakı və bir çox başqa ölkələrdəki mütəxəssislər Minsk Qrupunun özünü nüfuzdan saldığını düşünürlər. Tərəflərdən biri olan Fransanın Ermənistanın tərəfini açıq şəkildə tutan davranışlarına diqqət yetirmək kifayətdir. Seçkilərə görə Qarabağ ABŞ-ın marağında deyildi, baxmayaraq ki, orada da "erməni faktoru"nu istifadə etməyə çalışdılar. Sizin sözlərinizə görə də ATƏT-in Minsk qrupu konkret nəyisə həll edə bilmir.
- Dediyim kimi, indi artıq başqa mərhələdir. Hadisələrin gedişini birbaşa təsir etmək imkanı olanlar müəyyən edir. Bunlar isə sadaladığım dörd ölkədir.
Əlbəttə ki, ABŞ-ı tamamilə hadisələrdən kənarda saxlamaq mümkün olmayacaq. Bu ölkə fərqli istiqamətlərdə müxtəlif böyük imkanlara malikdir. Yeni rəhbərliyin (Co Bayden - red.) dövründə ABŞ-ın regional münaqişələrə marağı bir qədər yüksək olacaq. Vaşinqton müvafiq olaraq müəyyən aktivlik göstərəcək. Ölkələr iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar hadisələrin gedişatını birbaşa müəyyən edir, ikinci kateqoriyadan olanlar isə onlara mümkün qədər təsir etməyə çalışır.
Ayrı bir mövzu Türkiyədir. Ankara faktoru bölgədə nə qədər ciddidir?
Siz bunu daha yaxşı bilirsiniz (gülür). Əslində türk faktoru hər şeyi dəyişdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti qətidir. Ankaranın yalnız Cənubi Qafqazda deyil, bütün sərhədləri boyunca apardığı roldan çox şey asılıdır.
Azərbaycanla Ermənistan arasında imzalanmış böyük siyasi sazişin perspektivləri barədə nə düşünürsünüz? Bakı, ki bu başa düşüləndir, əlləri qan içində olan rejimin nümayəndələri ilə danışmağa hazır deyil..
- Mən indi heç bir perspektiv görmürəm. Məsələ güc yolu ilə bir tərəfin digər tərəfə üzərində üstünlüyü ilə həll edildi. Ermənistanda nə vaxt və necə bitəcəyi bilinməyən kəskin bir siyasi böhran var. İrəvandakı hökumət özünü qoruyub saxlaya və ya dəyişə bilər. Xarici oyunçular öz maraqlarını təmin etdilər, ancaq bu maraqlar da dəyişə bilər. /oxu.az

Siyasi       Tarix: 23 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler sosial yardim son xabarlar xeber saytlari