Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: Həmin 66 nəfər
Antalya vilayətinin Manavqat rayonu ilə yanaşı Türkiyənin fərqli nöqtələrində başlayan yanğınlarla bağlı provakasiya xarakterli paylaşımlar edən 66 nəfər təsbit edilib.
Publika.az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.
Jandarma Komandanlığından verilən açıqlamaya görə, mövcud məsələ ilə əlaqədar Kiber Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.
Qeyd edilib ki, ümumilikdə 1742 sosial media hesabı və xəbər səhifələri, 1347 veb sayt araşdırılıb.
"Xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək və ya aşağılamaq, türk millətini, Türkiyə Dövlətini, dövlətin qurumlarını aşağılamaq və prezidentə həqarət kimi cinayət törətdikləri müəyyən edilən 66 şübhəlinin kimliyi müəyyən edilib". - açıqlamada deyilir.
Bu şəxslər barəsində ədli proseslərin başladılması üçün Antalya Respublika Baş Prokurorluğu və əlaqədar qurumlarla koordinasiya qurulub.
Sosial mediada ya da internet məkanında reallığı əks etdirməyən qavrayış yaratmağı hədəfləyən, terror təşkilatları və qeyri-leqal strukturların sosial media fəaliyyətlərinə dəstək niyyəti sərgiləyən xəbər yayımı aparan 17 xəbər səhifəsinə və veb saytına girişin qarşısını almaq üçün Sülh Cəza Hakimliyinə lazımi xəbərdarlıq edilib.
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq