Türkiyə ordusu 700-dən çox hədəfi MƏHV ETDİ
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalında icra edilən "Pəncə-Qaplan" əməliyyatı başlanandan bəri 700-dən çox hədəfin vurulduğunu bildirib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, H.Akar və TSQ komandirlər heyəti "Pəncə-Qaplan" əməliyyatını gecəboyu sərhəd hərəkat mərkəzindən idarə edib və neytral zonadan Siyah Qaya hərbi bazasına gedərək əməliyyat bölgəsini yerində araşdırıblar.
Milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi general Yaşar Gülər, quru qüvvələri komandiri general Ümit Dündar, hava qüvvələri komandiri general Həsən Küçükakyüz, dəniz donanması komandiri admiral Adnan Özbal və İkinci Ordu komandiri general-leytenant Sinan Yayla ilə birlikdə sərhəd bölgəsində araşdırma və nəzarət görüşləri keçirib.
Gecə boyu ərazidəki son vəziyyəti yaxından təqib edən H.Akar Pəncə-Qaplan əməliyyatının planlandığı kimi müvəffəqiyyətlə sürdüyünə diqqət çəkərək deyib:
"Bu ana qədər terrorçuların yuvalarına, mağaralarına girdik, bunları başlarına yıxdıq və belə də davam edəcək. Əməliyyat başlanandan bəri təxminən 150 mağara basmış, qurduqları 160 əl qumbarası və mina məhv etmiş, çox sayda silah-sursat ələ keçirmiş, hava və qurudan 700-dən çox hədəfi vurmuşuq."

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi