Türkiyə ordusundan əməliyyat: 5 terrorçu MƏHV EDİLDİ - FOTO
Türkiyənin təhlükəsizlik qüvvələri axtarışda olan daha bir terrorçunu xüsusi hazırlanmış antiterror əməliyyatı nəticəsində məhv edib.
Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, "Zagros" ləqəbli Səlahəddin Dədə və onunla birlikdə olan daha dörd PKK/YPG üzvü İraqın şimalındakı Mangeş kəndi ərazisində zərərsizləşdiriliblər.
Həmin terrorçuların şəxsiyyətinin müəyyənləşdirilməsi nəticəsində məlum olub ki, "Dilgəş" ləqəbli Mehmet Emin Alkaş və "Dara Beritan" ləqəbli Babek Ebdilselendeci də məhv edilənlər arasındadır. Üçüncü və dördüncü terrorçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı terrorçu Səlahəddin Dədəni Suriyadan İraqa gələrkən izləməyə nail ola bilib. Mayın 19-da Suriyanı tərk edən terrorçunun Türkiyə Silahlı Qüvvələrinin "Pəncə-Şimşək" antiterror əməliyyatı keçirən birləşmələrinə qarşı terror aktı planladığı məlum olub. Təxminən on ildir terrorçuluq fəaliyyəti ilə məşğul olan Səlahəddin Dədə 2012-2015-ci illərdə Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonu ərazisində bir sıra silahlı hücumların təşkilində fəal iştirak edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək