Türkiyə Prezident Administrasiyasında Azərbaycan Prezidenti ilə bağlı fotosərgi nümayiş olundu - FOTOLAR
Bu gün Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının foyesində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bağlı fotosərgi nümayiş olunub.
KONKRET.az xəbər verir ki, sərgi Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabının təqdimat mərasimi çərçivəsində baş tutub.
Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar, Silahlı Qüvvələrin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar sərgi ilə tanış olublar.
Sərgidə "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabı ilə yanaşı, nəfis tərtibatlı "Şuşa" kitabı, Türkiyə və Azərbaycan Prezidentlərinin bir araya gəldikləri tədbirləri əks etdirən fotolar, iki ölkənin qardaşlığını simvolizə edən şəkillər də yer alıb.







Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO