Türkiyə Qazaxıstan üçün hərbi gəmilər inşa edəcək? - "Kazakhstan Engineering"dən AÇIQLAMA
"Kazakhstan Engineering" ASC Qazaxıstan donanması üçün hərbi gəmilərin yaradılması ilə bağlı Türkiyə ilə razılaşma barədə məlumatı şərh edib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, yeni istehsal müəssisələrinin inkişafı çərçivəsində "Kazakhstan Engineering" ASC müxtəlif ölkələrin şirkətləri, o cümlədən Türkiyənin "ASFAT" şirkəti ilə daim danışıqlar aparır.
"İstanbulda keçirilən "IDEF–2023" sərgisində "Ural" zavodu "Zenit" ASC arasında memorandum imzalanıb. Zavod "ASFAT" ilə birlikdə Qazaxıstan Müdafiə Nazirliyi üçün layihələr təklif edəcək.Nazirlikdən maraq olarsa, şirkətlər bu layihələri daha da inkişaf etdirəcəklər. Tikinti mümkün olarsa, "Zenit" ASC-nin yerində aparılacaq. Bu müqavilə həm də müəssisəyə layihələr üzərində birgə işləmək üçün digər tərəfdaşları cəlb etmək imkanı verir", – deyə "Kazakhstan Engineering" bildirib.
Hazırda zavod çoxfunksiyalı gəminin tikintisi üzrə müəssisənin tarixində ilk layihəni müstəqil şəkildə həyata keçirir.
"Qarşıdan gələn bütün layihələr yalnız Qazaxıstan Silahlı Qüvvələri tərəfindən müvafiq spesifikasiyalara ehtiyac olduqda və təsdiq edildikdə həyata keçirilir. Qeyd edək ki, Türkiyənin Qazaxıstan üçün hərbi gəmilər inşa edəcəyi ilə bağlı türk internet saytında dərc edilən məlumatlar həqiqətə uyğun deyil", – şirkət vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda Qazaxıstanın Türkiyə ilə birlikdə Qazaxıstan donanması üçün hərbi gəmilər yaratmağa razılaşdığı barədə məlumatlar yayılıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi