"Türkiyə razılaşma şərtini pozdu" – Kreml
"Azov" rəhbərlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin pozulmasıdır".
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub", – Peskov bildirib.
Kreml sözçüsü əlavə edib ki, "Azov" batalyonunun rəhbərlərinin Türkiyədən Ukraynaya köçürülməsi barədə Rusiyaya heç kim məlumat verməyib:
"Bu barədə bizə heç kim məlumat verməyib. Razılaşmaların şərtlərinə görə, "Azov" liderləri münaqişə bitənə qədər Türkiyə ərazisində qalmalı idilər".
Qeyd edək ki, Türkiyədən səfərdən geri qayıdan Ukrayna lideri Vladimir Zelenski Mariupolu müdafiə edən əfsanəvi "Azov" batalyonunun rəhbərlərini özü ilə Ukraynaya apardığını elan edib. Şərtlərə görə isə əsirlikdən azad edilən azovçular müharibə bitənə qədər Türkiyədə qalmalı idi.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi