Türkiyə-Rusiya müharibəsi başlayır? - Professor BÜTÜN DETALLARI AÇDI

Türkiyə-Rusiya müharibəsi başlayır? - Professor BÜTÜN DETALLARI AÇDI"Dəməşq qüvvələrinin türk əsgərlərinə hücumunun məsuliyyəti birbaşa Rusiyaya aiddir. Əsəd rejiminin rəsmi Moskvanın məlumatı və icazəsi olmadan addım atmadığını bilirik. İdlib problemini masa arxasında həll etmək yerinə Türkiyə üçün yol açdığı və açacağı bütün mənfi nəticələri görməsinə rəğmən, meydanda yeni hücumlarla problemi həll etmək niyyəti olan Rusiya bu davranışla hansı riskləri gözə aldığını bilir, hər halda".
xəbər verir ki, bu sözləri türkiyəli professor Kamal İnad Suriyanın İdlib şəhərində Türkiyəyə aid müşahidə məntəqələrinə edilən hücumun nəticələrini şərh edərkən deyib.
Professor qeyd edib ki, İdlibdəki insident Rusiya ilə Türkiyə arasındakı böhranın göstəricisidir: "Uzun zamandır ki, bölgədə gərginlik artmışdı və belə bir hadisənin olmaması üçün Türkiyə ən səlahiyyətli şəxsləri ilə Astana və Soçi Memorandumundakı tərəfdaşı olan Rusiyaya xəbərdarlıq edirdi. Son olaraq Prezident Ərdoğan bununla bağlı narahatlıqlarını dilə gətirmiş və Moskvanın öhdəliklərini yerinə yetirməsini tələb etmişdi".
Kamal İnadın sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərini təhlükəyə atır: "ABŞ-ın Suriyada birbaşa Türkiyənin təhlükəsizliyini hədəf alan terror təşkilatları ilə əməkdaşlıq etməsi Türkiyə-ABŞ münasibətlərində dərin çatlaqlar yaratdısa, Rusiyanın İdlibdə Türkiyənin məruz qaldığından daha çox qaçqın axınına səbəb olacaq addımlar atması da bənzər qırılmalara əsas yaradacaq. Necə ki, Fəratın şərqində Türkiyə-ABŞ əsgərlərinin birbaşa qarşı-qarşıya gəlməsi riski vardısa, eləcə də İdlibdə Türkiyə-Rusiya əsgərlərinin üz-üzə gəlmə riski mövcuddur. Bu durumda Moskva qərar verməlidir: İdlib daha əhəmiyyətlidir, yoxsa Türkiyə?"
Qeyd edək ki, sözügedən hücum nəticəsində 4 türk əsgəri şəhid olub, 9-u yaralanıb.
Zümrüd /publika.az

Dünya       Tarix: 03 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son durum maliyye xeberler bugun meherremlik 2026 en sonxeber