Türkiyə S-400 komplekslərinin ikinci alayının tədarükü üçün müqavilə imzaladı
"Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükü üçün müqavilə imzalanıb və bu çərçivədə sistemin ayrı-ayrı komponentlərinin istehsalı nəzərdə tutulur".
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.
O, müqavilənin nə vaxt bağlandığını açıqlamayıb.
Şuqayev bildirib ki, sözügedən müqavilənin praktiki icrası artıq aparılır.
"Gələcək illərdə hər hansı bir dövlətin parametrlərinə görə S-400 "Triumf"a yaxınlaşa biləcək sistem yarada biləcəyinə inanmırıq", – xidmət rəhbəri bildirib.
Qeyd edək ki, Moskva və Ankara 2017-ci ildə S-400-lərin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri alan ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin S-400-lərdən imtina etməsini tələb edərək, onu F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırıb. Türkiyə tərəfi isə məhdudiyyətlərə baxmayaraq Rusiyadan S-400 almağa davam edəcəyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?