Türkiyə uduzdu, Almaniya qələbəni son anda əldən verdi - Millətlər Liqası
UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.
Publika.az xəbər verir ki, dörd liqada ilk tur çərçivəsində 10 matç keçirilib.
D liqasının 1-ci qrupunun oyununda Latviya Andorra ilə qolsuz heç-heçə edib. Eyni qrupda yer alan Farer adaları və Maltanın duelində birincilər 3 xalı 3 qolla qazanıb.
Ukrayna İsveçrə ilə görüşdən 3 xalla ayrılmağı bacarıb. Bu qrupun digər görüşündə Almaniya ilə İspaniya bərabərliyə razılaşıb.
B liqasında mübarizə aparan qonşu Türkiyə millisi evdə Macarıstana uduzub. Rusiya isə öz meydanında Serbiyadan üstün olub. Bu liqanın digər qrupunda Bolqarıstan İrlandiya ilə bərabərə qalıb, Uels Finlandiyanı məğlubiyyətə uğradıb.
C liqasındakı qarşılaşmalarda da qalib müəyyənləşməyib. Kosovo Moldovadan, Yunanıstan Sloveniyadan bir xalla ayrılıb.
Qeyd edək ki, Millətlər Liqasında ilk tura sentyabrın 5-də yekun vurulacaq.
Millətlər Liqası
I tur
3 sentyabr
A liqası, 4-cü qrup
Almaniya – İspaniya- 1:1
Qollar: Verner, 52 - Qaya, 90+6
Ukrayna – İsveçrə- 2:1
Qollar: Yarmolenko, 14, Zinçenko, 68 - Seferoviç, 41
B liqası, 3-cü qrup
Rusiya - Serbiya- 3:1
Qollar: Dzyuba, 48 (pen.), 81, Karavayev, 69 - Mitroviç, 78
Türkiyə - Macarıstan- 0:1
Qol: Şoboşlay, 80
B liqası, 4-cü qrup
Bolqarıstan - İrlandiya- 1:1
Qollar: Krayev, 56 - Daffi, 90+3
Finlandiya - Uels - 0:1
Qol: Mur, 80
C liqası, 3-cü qrup
Moldova – Kosovo- 1:1
Qollar: Nikolaesku, 20 - Kololli, 71
Sloveniya – Yunanıstan- 0:0
D liqası, 1-ci qrup
Latviya - Andorra - 0:0
Farer adaları - Malta- 3:2
Qollar: Olsen, 25, Andreas Olsen, 87, Brandur Olsen, 90 - Deqabriele, 37, Aqius, 73
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
85 baş qoyunla birlikdə itkin düşən çoban tapıldı: 14-nü mənimsəyib
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi