"Türkiyə və Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını istəyir" - Səfir
"Azərbaycan 30 il ərzində Ermənistanla Dağlıq Qarabağa dair danışıqlara sadiq qaldı. Bütün təşəbbüslərə hazır idi, danışıqları davam etdirdi, amma təəssüf olsun ki, Ermənistanın mövqeyi səbəbindən bu proses nəticəsiz qaldı".
KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İstanbulda Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş zamanı deyib.
Azərbaycanın Ermənistanla müharibənin olmamasının, problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayan səfir, Ermənistanın provokasiyaları nəticəsində başlayan Vətən müharibəsində bütün türk dünyasının qələbə çaldığını vurğulayıb.
R. Məmmədov, həmçinin, Türkiyə mətbuatına İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdığına görə təşəkkür edib.
"Biz Qafqazda sülhün, Ermənistanla həm Türkiyənin, həm də Azərbaycanın münasibətlərinin normallaşmasının tərəfdarıyıq. Xalqlarımız arasında sıx iqtisadi əlaqələrin də qurulmasının tərəfdarıyıq. Sülh müqaviləsi, Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra bölgəyə dayanıqlı sülh gələcək", – o deyib.
Səfir Məmmədov Azərbaycan və Türkiyə arasındakı münasibətlərin dünyada təkrarının olmadığını da vurğulayıb: "Türkiyə ilə münasibətlərimiz təkrarolunmazdır. Şuşa bəyannaməsi bizi hərbi və siyasi müttəfiqlər münasibətinə çıxardı. Tək sözdə deyil, siyasət və yatırımlarla bunu sübut etdik. Bu münasibətlər inkişaf edəcək, hər kəsə örnək verəcəkdir. Biz birlikdə bütün təhdidlərə cavab verəcəyik".

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA