Türkiyə vətəndaşı Bakıda hoteldə tanış olduğu qadının 17 minini ələ keçirdi

Türkiyə vətəndaşı Bakıda hoteldə tanış olduğu qadının 17 minini ələ keçirdiAbşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tosun Güngör cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, 1980-ci il təvəllüdlü Tosun Güngör tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mahirə Məmmədovanın (şərti) etibarından sui-istifadə edib.
Belə ki, o, qadına Gürcüstandan "Audi" markalı avtomobil gətirəcəyinə yalandan vəd verib ondan 2019-cu ildə Abşeron rayonu, Masazır kəndi ərazisində ümumlikdə 12 000 manat və 3 000 ABŞ dolları (17 100 manat) məbləğində pulu dələduzluq yolu ilə ələ keçirilib.
Daha sonra qadının şikayəti əsasında Tosun Güngör saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə baxışında Türkiyə vətəndaşı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, Mahirə Məmmədova ilə 2019-cu ilin təxminən iyun-iyul aylarında Bakı şəhərində yerləşən "Ramada" hoteldə tanış olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, qadınla təxminən 15 gün ərzində yaxın münasibətləri olub, həmin vaxt ərzində o, Mahirəyə kömək kimi təxminən 1500-2000 manat məbləğində pul verib: "Mahirə mənimlə evlənmək istədiyini, hətta Türkiyədə də yaşaya biləcəyini bildirdi. Daha sonra qadın məni şantaj etməyə başladı, hətta bir dəfə o, Bakı şəhərində yaşadığım evə gəldi, aramızda mübahimiz oldu. Bununla bağlı Xətai Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırma aparıldı. Mən zərərçəkmiş şəxsdən avtomobil gətirmək adı ilə pul almamışam. Bakıda avtomobil təmiri ilə məşğul oluram, 2020-ci ilin noyabr və dekabr aylarında avtomobil ehtiyat hissələrini gətirmək üçün Gürcüstana getmişəm".

Hadisə       Tarix: 29 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər