Türkiyə XİN rəsmisi Azərbaycanın ölkəsinə yatırdığı sərmayənin həcmini açıqladı
Türkiyə XİN rəsmisi Azərbaycanın ölkəsinə yatırdığı sərmayənin həcmini açıqladı
"Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları ilə dostluq və qardaşlıq nümunəsinin bir daha nə olduğunu dünyaya göstərdik".
Bunu "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran deyib.
O bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər strateji əlaqələrin fövqündədir.
XİN rəsmisi Türkiyənin Azərbaycana sərmayəsinin həcmini də açıqlayıb. Nazir müavini qeyd edib ki, Türkiyə Azərbaycana 11 milyard dollar sərmayə yatırıb.
"Azərbaycanın isə Türkiyədəki yatırımları 20 milyard dollardır", - deyə Y.S.Kıran əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə enerji layihələri Avrasiya coğrafiyasında mühüm əhəmiyyət qazanıb.
Nazir müavini onu da əlavə edib ki, Azərbaycan və Türkiyə terrorla və koronavirusla mübarizədə birgə səylər göstərirlər.
Vebinar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."