Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Türkiyədə Azərbaycana dair sosial şəbəkə paylaşımlarına görə üç nəfər barəsində hüquqi proses başladılıb.
KONKRET.azxəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, "Köklü Değişim Medya"nın Hatay nümayəndəsi Ahmet Sapa saxlanılıb, İstanbul nümayəndəsi Muhammet Emin Yıldırım isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Fəal Fatih Erşahin də polisə çağırılaraq ifadə verib.
Yıldırım oktyabrın 26-da axşam saatlarında Azərbaycanla bağlı sosial şəbəkə paylaşımlarına görə polis tərəfindən saxlanılıb. O, ertəsi gün ifadə verdikdən sonra azadlığa buraxılıb.
Fəal Fatih Erşahin oktyabrın 26-da gecə saatlarında Ankara Polis İdarəsinə dəvət olunub. İfadəsi alındıqdan sonra onun da sərbəst buraxıldığı qeyd edilir.
Türkiyə mediasında yayılan məlumatlarda Ahmet Sapanın Azərbaycan əleyhinə kampaniyalarda iştirak etdiyi barədə məlumatlara da yer verilib./metbuat.az

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti