Türkiyədə hakim partiyanın qurultayı başladı - Ərdoğan hansı mesajları verdi? (YENİLƏNİR)

Türkiyədə hakim partiyanın qurultayı başladı - Ərdoğan hansı mesajları verdi? (YENİLƏNİR)"Türkiyəni əvvəlcə 2023-cü il hədəflərinə, daha sonra isə 2053-ci ildə görmək istədiyimiz Cümhuriyyət İttifaqı ilə qovuşduracağıq".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayında deyib.
Ərdoğan nitqinə belə davam edib: "21-ci əsrdə və ondan sonrakı dövrlərdə böyük bir gücə sahib olacaq qüdrətli Türkiyə qururuq. PKK daxil olmaqla, bütün terror təşkilatlarını məğlub etdik, onları ölkəmizin sərhədləri daxilində hərəkət edə bilməyəcək hala gətirmişik", - Türkiyə Prezidenti qeyd edib.

O əlavə edib ki, Afrika, Asiya və Avropanın mərkəzində yerləşən bir ölkə olaraq, nə Şərqə, nə də Qərbə arxa çevirmək fikrimiz var: "Dostlarımızın sayını artırmağa və bölgəmizi sülh adasına çevirməkdə qərarlıyıq. Səylərimizi davam etdirəcəyik və sona qədər Suriya xalqının yanında olmağa davam edəcəyik. Türkiyənin bu gün verdiyi dəstək sayəsində Liviya gələcəyinə yenidən ümidlə baxa biləcək, demokratik prosesi həyata keçirə biləcək".
Türkiyə prezidenti son günlər dolların bahalaşması ilə bağlı vətəndaşlara müraciət edib və deyib ki, əllərindəki valyutanı müxtəlif maliyyə alətlərinə yatıraraq iqtisadiyyata, istehsala yönəltsinlər. Ərdoğan Türkiyənin iqtisadi böhrana yuvarlandığını deyənlərə inanmamağa çağırıb, belələrini öz ölkələrinə qarşı düşmənçilik etməkdə günahlandırıb.
xxx
12:58
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı başlayıb.
Publika.az xəbər verir ki, Türkiyə Prezidenti, AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Ankara İdman Kompleksində qurultay iştirakçılarını salamlayıb.
Diqqətçəkən məqamlardan biri isə, R.T.Ərdoğan Türkiyənin şəhər və rayonlarını özünəməxsus formada tərənnüm edib, 81 vilayətin adını bir-bir çəkərək 84 milyon Türkiyə vətəndaşını salamlayıb."Allaha şükür ki, qurulduğumuz gündən bəri partiyamızın üzv sayı13 milyon 500 minə çatıb. Nəinki Türkiyədə, dünyada belə bir siyasi partiya yoxdur. 1 milyondan çox gənc, 5 milyondan çox isə qadın üzvümüz var. Bu ancaq Türkiyədə mövcuddur. Qarşıda bizi 2023-cü il gözləyir. Bu gün nizamnamə dəyişikliyi ilə 50 nəfərlik Mərkəzi Qərar İdarəetmə Şurasında yer alanların sayı 75 nəfərə qaldırılıb. Ehtiyat sayda isə 35 nəfərdir ki, onlar da əvəzedici olaraq qalmayacaqlar. Əsas üzvlər kimi digərləri ilə çalışacaqlar", - Ərdoğan qeyd edib.
xxx
11:16
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.
Publika.az xəbər verir ki, qurultay paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq. Qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı bir saat yarım davam edəcəyi gözlənilən geniş nitq söyləyəcək.
Türkiyə Prezidentinin çıxışında əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planı və iqtisadi islahatlardan danışacağı gözlənilir.
Bundan əlavə, qurultayda partiyanın fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar da qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində eks-nazir və deputatlarla yanaşı, yeni şəxslərin yer alacağı gözlənilir. Yeni formalaşacaq İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.
Bununla yanaşı, qurultayda AKP-nin yeni Nizamnaməsi qəbul ediləcək. Həmçinin, partiyanın Mərkəzi Aparatında bəzi dəyişikliklərin aparılması, yeni strukturların yaradılması planlaşdırılır. Bu dəyişikliklərin, xüsusən də AKP rəhbərliyinə yeni şəxslərin gətirilməsinin əsas məqsədi partiyanı 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərinə hazırlamaqdır.
AKP qurultay üçün 11 siyasi partiyaya dəvət göndərib. Konqresin şüarı "Türkiyə üçün təhlükəsizlik və sabitlik"dir. Pandemiya səbəbindən qurultaya xaricdən heç bir qonaq dəvət edilməyib. Qurultayda məhdud sayda qeyri-hökumət təşkilatı nümayəndələri, qazi və şəhid yaxınları iştirak edəcək.
Qeyd edək ki, AKP indiyədək 3-ü fövqəladə olmaqla, ümumilikdə 9 qurultay keçirib və 19 ildir ki, hakim partiyadır.

Dünya       Tarix: 24 mart 2021
f Paylaş

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber ensonxeberler maraqlı xəbərlər son xeberler bugun 2026 muharibe