Türkiyədə özünü Azərbaycanın "dostu" adlandıranlar niyə susur?

Türkiyədə özünü Azərbaycanın Türkiyədə vaxtaşırı Azərbaycana qarşı kampaniyalar baş qaldırır. 
Hər dəfə sanki bir dalğa olur, müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edilir. Ölkəmizlə yanaşı, Türkiyə iqtisadiyyatına milyardlarla sərmayə qoyan SOCAR-a qarşı da zaman-zaman basqılar olur, media və sosial mediada ittihamlar səsləndirilir. 
Təəssüf doğuran hal budur ki, bu kampaniyalar vaxtı da, son informasiya hücumları zamanı da Türkiyədə özünü Azərbaycanın dostu adlandıranların çoxu susmağa üstünlük verir.
İstisna kimi akademik dairələrin nümayəndələrini bəzi siyasətçiləri, diplomatları, mədəniyyət nümayəndələrini göstərmək olar. Hər dəfə dezinformasiya və böhtan kampaniyaları zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə edənlər də var. Bu şəxslərdən Aygün Attarı, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçı və digərlərinin adını çəkmək olar.
Aygün Attar Türkiyədə zaman-zaman ortaya çıxan bu kampaniyalara qarşı daim səsini ucaldıb, bu əməllərin yolverilməz olduğunu bildirib. O, Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına zərbə vuran əsassız ittihamların cavabını yerindəcə verib, bu kimi addımların münasibətlərimizi sarsıdacağına dair həyəcan təbili çalıb. Aygün Attar hətta bir neçə il əvvəl Türkiyənin o vaxtkı daxili işlər naziri Ali Yerlikayaya müraciət edərək, xalqı nifrətə, kin-küdurətə sövq edən davranışlar sərgiləyən, Azərbaycana qarşı düşmənçilik edən şəxslərin hüquq çərçivəsində cəzalandırılmasını istəmişdi. 
Aygün Attardan fərqli olaraq, Türkiyədə bir çoxu Azərbaycanla "dostluğu" yalnız özlərinin şəxsi və ailə məsələləri ilə bağlı saysız-hesabsız xahişlər etməkdə görür, ölkəmizə qarşı aparılan haqsız kampaniyalar zamanı səsini çıxarmır.
Buna misal kimi Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımı qeyd etmək olar. Azərbaycan hökuməti ona bir neçə dəfə yüksək mükafatlar verib. Şamil Ayrım "Dostluq" ordeni (2020), "Heydər Əliyevin 100 illiyi" medalı (2025), "Tərəqqi" medalı və s.-lə təltif olunub.
Əldə olunan məlumata görə, Şamil Ayrım hər dəfə Azərbaycana gələndə öz şəxsi işləri ilə bağlı müxtəlif xahişlər edir, qızı bu gün SOCAR Türkiyədə rəhbər vəzifədədir, az qala nəvələrini də SOCAR-ın Avropadakı strukturlarında işlə təmin etdirməyə çalışır. Lakin Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları zamanı Şamil Ayrımın səsini çıxardığını görməmişik. 
Dövlət tədbirlərində, Şuşada keçirilən tədbirlərdə iştirak, çıxış və rəqs etmək asandır. Amma Azərbaycan haqsız hücumlara məruz qalanda bir neçə ümumi fikirlərlə kifayətlənmək "dostluq" demək deyil. 
Bu sırada Şamil Ayrım tək deyil. Ondan başqa da adi vaxtlarda özlərini Azərbaycan sevdalısı kimi qələmə verənlər var ki, indi onlardan da səs çıxmır. Özünü sözdə Azərbaycanın "dostu" kimi təqdim edənlərin ölkəmizə qarşı haqsızlıqlara səs çıxarmaması onların nə qədər səmimi olduğunu bir daha ortaya qoyur. 
Dost dar gündə tanınar. Türkiyəli "dostların" Azərbaycana qarşı çirkin kampaniyalar zamanı tutduğu mövqe isə bu deyimlə heç üst-üstə düşmür. 
Bir şeyi də diqqətə çatdırmaq yerinə düşər ki, tarix hər şeyi yaddaşına köçürür – yaxşını da, pisi də. Azərbaycan dövləti və xalqı da kimin ona necə münasibət göstərdiyini heç vaxt unutmur. / azxeber.com

Siyasi       Tarix: 07 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İraq prezidentini təbrik etdi

Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızd

Misir Mərdanov 'Şərəf' ordeni almasından DANIŞDI

Xəbər verdiyimiz kimi, Misir Cümail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Misir Mərdanov Azərbaycan Respublikasının ictimai-siyas

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. xəbər verir ki, səfir etimadnaməsin

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib. xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib. "Bütü

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlətimizi

Bu gün Azərbaycanın siyasi tarixini dəyişən gündür – Heydər Əliyev faktoru... 

Bu gün Azərbaycan siyasi tarixinin ən mühüm tarixlərindən biridir. 33 il əvvəl, 3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix təkcə növbəti prezident seçkisinin keçirildiyi gü

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiy

3 oktyabr – Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş: "Ölkənin milli birliyə ehtiyacı var idi"

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müstəqillik tarixində mühüm siyasi hadisələrdən biri hesab olunur. Həmin dövrdə Azərbaycan mürəkkəb hərbi-siyasi vəziyyət

Türkiyədə özünü Azərbaycanın "dostu" adlandıranlar niyə susur?

Türkiyədə vaxtaşırı Azərbaycana qarşı kampaniyalar baş qaldırır. . Hər dəfə sanki bir dalğa olur, müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edilir. Ölkəmizlə yanaşı, Türkiyə iqtisadiyyatına milyardlarla sərmay


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun sou biznes sosial yardim ən son xəbərlər