Türkiyədə terror aktı TÖRƏDİLDİ - Ölən və yaralı var - VİDEO

Türkiyədə terror aktı TÖRƏDİLDİ - Ölən və yaralı var - VİDEOMersində gecə saatlarında Polis Evinə silahlı basqın zamanı bir polis şəhid olub, bir polis isə yaralanıb.
KONKRET.az xəbər verir ki, bu gecə Türkiyənin Mersin şəhərində terror aktı törədilib. Terrorçular Polis Evinə hücum edib, atəş açmağa başlayıblar.
Hücumun görüntüləri ortaya çıxıb. Görüntülərdə hadisə yerinə gələn şübhəli qadının əvvəl silahla təhlükəsizlik məntəqəsinə, daha sonra isə digər qadın rəfiqəsi ilə mühafizə postuna atəş açdığı anlar yer alıb.
Hadisəni törədəndən sonra şübhəlilərin avtomobilində yanğın baş verib. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda gücləndirmə polis, sağlamlıq və yanğınsöndürmə briqadası göndərilib.
Daxili İşlər Nazirliyi hücumla bağlı açıqlama verib.
"Saat 23.00 radələrində şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən polis evinə hücumun təşkil edilib, Baş verən qarşıdurmada bir polis şəhid olub, biri yaralanıb.
Bundan başqa, Polis Evindən aralıda olan bomba nəzarətli şəkildə partladılıb. Hadisə ilə əlaqəsi olduğu ehtimal edilən şübhəli silahı ilə birlikdə saxlanılıb.
Hücum edənlərin tutulması üçün işlər davam etdirilir.İnkişaf davam edir ictimaiyyətə məlumat veriləcək", – deyə məlumatda qeyd olunub.
Xain hücumdan sonra terrorçular zərərsizləşdirilib. Terrorçulardan birinin Zozan Tolan kod adlı Dilşah Ercan olduğu müəyyənləşib.
Xuraman Etibarlı,
KONKRET.az

Hadisə       Tarix: 27 sentyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeber maliyye xeberler bugun cəbhədən xəbər xeber.az 2026