Türkiyədə transfer pəncərəsinin müddəti yenə artırıldı
Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələyə görə transfer pəncərəsinin müddətinin növbəti dəfə uzadılması qərara alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün öncə federasiya prezidenti Mehmet Böyükekşi transfer pəncərəsinin müddətinin martın 5-nə kimi uzadılması ilə bağlı FİFA-ya müraciət ünvanladıqlarını açıqlamışdı. Artıq ali futbol qurumundan müsbət cavab gəlib. Qardaş ölkədəki vəziyyəti nəzərə alan FİFA, bu ölkədə transfer pəncərəsinin müddətinin ikinci dəfə uzadılmasına icazə verib.
Xatırladaq ki, Türkiyədə qış transfer pəncərəsi fevralın 8-də bağlanmalı idi. Lakin TFF məhz ölkə ərazisindəki təbii fəlakətlə əlaqədar olaraq FİFA-ya müraciət etmiş və bu müddət daha 10 gün artırılmışdı.

Bakıda hansı maşınlara maraq öldü - AÇIQLAMA
Xalq artistinin nəvəsi dünyaya gəldi - FOTO
Məşhur müğənni ana oldu - FOTO
Serenay Sarıkaya sərbəst buraxıldı
Baba olan xalq artisti: "Arzum odur ki, mənim yolumu davam etdirsin
Bu qurumlarda Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq
Avstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Ceyhun Bayramov İshaq Darla görüşdü
AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
Qarabağ' 8 min manat cərimə olundu
Bank of Baku-dan şəhid və qazi övladları üçün "RoboKəşf" təşəbbüsü – təlim və ekskursiya - FOTOLAR
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu
Abubakar "Neftçi"dən getdi
"Qarabağ" yüksək məbləğdə cərimələndi