Türkiyədə xüsusi təhlükəli terrorçular MƏHV EDİLDİ - FOTO
Türkiyənin şərqindəki Bitlis vilayətində "Eren Kış-7" əməliyyatı çərçivəsində noyabrın 22-də məhv edilən 6 terrorçudan biri Daxili İşlər Nazirliyinin "narıncı", digəri isə "yaşıl" siyahısında olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat PKK terrorçularının qış üçün gizlənməyə çalışdıqları Bitlis vilayətinin inzibati mərkəzinin yaxınlığında jandarm qüvvələri tərəfindən həyata keçirilib.
Əməliyyatda jandarm xüsusi təyinatlıları, Hərbi Hava Qüvvələri və pilotsuz təyyarələr iştirak edib. Ümumilikdə 6 terrorçu zərərsizləşdirilib, onlardan biri Bitlisdəki qadın terrorçu dəstəsinin lideri, Suriya vətəndaşı, Baharin Afrin kod adlı Leyla Şeyxodur. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin "yaşıl" siyahısında olub və terrorçunun başına 2 milyon lirə mükafat təyin edilib.
Zərərsizləşdirilən terrorçular arasında "Soresh Qars Roni" kod adlı Erhan Mingsar da var. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin "narıncı" siyahısında olub və terrorçu üçün 1 milyon lirə mükafat təyin edilib.
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi