Türkiyədən ABŞ-a böyük XATIRLATMA - HAZIRIQ
"S-400"ə görə ABŞ-ın tətbiq edəcəyi sanksiyalar Türkiyəyə təsir göstərməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop danışıb:
"Birləşmiş Ştatlar fəal sanksiya siyasəti həyata keçirdikcə, Vaşinqtonun təhdidləri ölkələrə kiçik psixoloji təzyiq göstərə bilər. Onlar bu üsuldan nə qədər çox istifadə etsə, təsir mexanizmi bir o qədər zəifləyəcək. Hesab edirəm ki, ABŞ-ın tətbiq edəcəyi sanksiyalar iqtisadiyyat da daxil olmaqla, Türkiyəyə təsir etməyəcək. Türkiyə əvvəldən beşinci nəsil "F-35" təyyarələri layihəsinin iştirakçısı olub. Lakin Amerika bizə əvəzini ödədiyimiz təyyarələri vermək istəmədi. "Patriot"un satışından imtina halında Türkiyənin atdığı addımı xatırlada bilərəm. Biz alternativ kimi "S-400"ü seçdik. Bu onu göstərir ki, Türkiyə müstəqil siyasət yürüdür".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2020-ci ilin müdafiə büdcəsini imzalayıb. Rəsmi Ankaranın "S-400" sistemindən imtina etməyəcəyi təqdirdə, Türkiyəyə "F-35" qırıcılarının satışı qadağan olunacaq. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək