Türkiyədən ÖNƏMLİ ADDIM: Anadoludan Qafqaz bölgəsinə kimi... - FOTO
Türkiyənin Ərzurum-Artvin avtomagistralının üstündə yerləşən Pirinkayalar tunelinin açılışı olub.
Publika.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfransla tunelin açılışında iştirak edib.
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu Türkiyə dövlət başçısına yeni tunelin imkanları barədə geniş məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında diqqətə çatdırıb ki, uzunluğu 2 min 272 metr olan tunel daxil olmaqla ətraf yol qovşaqları ilə birlikdə 3.4 kilometr yolu əhatə edən layihə Türkiyənin avtomagistralları arasında mühüm birləşdirici imkana malikdir. Bu tunel ölkənin şərq və cənub-şərq bölgələrində nəqliyyatın təhlükəsiz və sürətli hərəkətini təmin edəcək.
Dövlət başçısı diqqətə çatdırıb ki, Ərzurum və Artvin hava limanlarını bir-birinə bağlayan Pirinkayalar tuneli, eyni zamanda, hər iki şəhərdən Qafqaz bölgəsinə olan tranzit daşımaların artmasına əhəmiyyətli təkan verəcək.

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi