Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda tələbə yaralandı
Türkiyənin Nevşəhr vilayətinin Hacıbektaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə nəticəsində ölkənin 81 vilayətindən olan qırx tələbə müxtəlif dərəcəli xəsarət alıb. Bildirilir ki, Gümüşkent kəndi yaxınlığında hərəkət edən avtobus qəflətən yola çıxan evakuatorla toqquşub. Bu vaxt arxadan gələn avtobusun sürücüsü qəza edən maşınlara çırpılmamaq üçün sükanı yolun kənarına döndərib və aşma hadisəsi baş verib. Qəza edən avtobusdakı tələbələr Hacı Bektaş Vəlinin vəfatının 750-ci ildönümü ilə əlaqədar Hırka dağının zirvəsinə təşkil edilən yürüşə qatılmaq üçün səfərdə olublar.
Bəzi məlumatlara görə, xəsarət alanların sayı 25 nəfərdir. Bildirilir ki, yaralılar yaxın bölgələrdəki xəstəxanalara yerləşdiriliblər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək