Türkiyədən xüsusi qrup Ermənstana gəldi: Qasparyanı zərərsizləşdirmək üçün - İDDİA/VİDEO
Video əlavə olunub.
xxx
Ermənistanın "LIVEnews.am" internet resursu Türkiyədən 13 nəfərlik xüsusi bir qrupun Gürcüstan-Ermənistan sərhədini keçərək ölkəyə girməsi barədə iddialar yayıb.
Publika.az xəbər verir ki, iddiaya görə, 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat-koordinasiya şöbəsinin nümayəndələrindən ibarət qrup Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi və digər əsas generalları zərərsizləşdirmək məqsədilə göndərilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti türk hərbçilərinin xüsusi bir qrupunun ölkəyə girməsi iddiası ilə bağlı şayiələri təkzib edib.
Qurum bəyanatında qeyd edib ki, Türkiyə silahlı qüvvələrinin xüsusi qrupunun ölkəyə daxil olması haqda xəbərlər yalandır: "Vətəndaşlarımızı bu cür dezinformasiyalara inanmamağa və ayıq-sayıq olmağa çağırırıq".
Xatırladaq ki, Paşinyan Onik Qasparyanın vəzifədən azad edilməsi haqda prezidentə təqdimat göndərib. Lakin prezident Armen Sərkisyan bu təqdimatı imzalamayıb və geri qaytarıb.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək