Türkiyənin 5 vilayətində sellə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Daxili İşlər Nazirliyi Şərqi Aralıq dənizi bölgəsində yerləşən 5 vilayətin sakinlərinə güclü yağış yağacağı ilə bağlı xəbərdarlıq edib.
KONKRET.azxəbər verir ki, qurumun yaydığı məlumata görə, sabah səhər saatlarından etibarən Mersin, Adana, Osmaniye, Hatay və Kahramanmaraş ətrafında lokal olaraq güclü yağış gözlənilir.
Xüsusilə Adananın şimal və şərq hissələrində, Kahramanmaraşın qərbində, Hatay və Osmaniye ətrafında isə çox güclü və şiddətli leysan yağışlarının olacağı proqnozlaşdırılır.
Türkiyə Daxili İşlər Nazirliyi, sel, su basqını, torpaq sürüşməsi, kiçik ölçülü dolu, ildırım, nəqliyyatda fasilələr və yağış zamanı güclü külək kimi mənfi hallara qarşı vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, bu il Türkiyə üzrə yağıntılar 7 aylıq dövrdə son 66 ilin ən yüksək səviyyəsinə çatıb./APA
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?