Türkiyənin əlində kartlar var, bu qüvvələrə imkan vermərik - Ağar

Türkiyənin əlində kartlar var, bu qüvvələrə imkan vermərik - Ağar"Türkiyə böyük bir şeytanlıqla üz-üzədir".
Publika.az xəbər verir ki, bunu terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert qeyd edib ki, bu təhlükəni yaradan terror təşkilatlarıdır ki, onlar da tezliklə məhv edilməlidir: "Xüsusi əməliyyat polislərimizin şəhid olması, minaatanların Türkiyəni hədəf alması, Afrin kimi nəzarətimizdəki bölgələrdə baş verən ardıcıl hadisələr bu şeytanlığa nümunələrdir. PYD-PKK əvvəlcə bu hücumları qəbul etdi. Sonra birdən-birə "Xeyr, biz etmədik" deməyə başladılar. "Bunları Türkiyə edir" deyərək çox sıx bir asimmetrik terror siyasəti həyata keçirirlər. Yalanlarla açıq həqiqəti gizlətməyə çalışırlar. YPG/PKK Türkiyənin ərazi bütövlüyü, vahid quruluşu və gələcəyi üçün bir təhdiddir, onların məhv edilməsi vacibdir".
Türkiyənin əlində kartlar var, bu qüvvələrə imkan vermərik - AğarAbdullah Ağar bölgədə terror təşkilatlarının varlığının Türkiyə üçün milli təhlükəsizlik problemi olduğunu vurğulayıb: "Sahədəki paradiqmalar dəyişdiyindən, perspektivimiz də zaman-zaman dəyişib. İŞİD-lə mübarizə yalanı ucuz bir oyundur. Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçidəki son görüşündən bəzi kritik nəticələr ortaya çıxa bilər. Görüşün detallarını hələ ki, bilmirik. Digər tərəfdən, "İŞİD-ə qarşı mübarizə aparırlar" yalanı ilə bölgədə PYD-PKK varlığının bağışlanmasını istəyirlər. Terror təşkilatının İŞİD-ə qarşı mübarizə apardığı fikri ucuz bir yalandır. ABŞ İŞİD-ə qarşı mübarizə zəminində terrorçuları dəstəkləyir və onu himayə edir. Qarşı tərəf bunu anlasa da, anlamasa da, Türkiyə nəhayətində buradakı terror siyasətini pozmalıdır".
A.Ağarın sözlərinə görə, Türkiyə bu və ya digər şəkildə öz sərhədləri ətrafında terror fəaliyyətlərinə son qoymaq üçün addımlar atacaq: "İstər digər ölkələrlə əlaqələndirilmiş bir addım olsun, istərsə də Ankaranın tək başına hərəkət edəcəyi ilə bağlı olsun, hələlik proqnoz vermək çətindir. Türkiyənin əlində kartlar var. Hər şeydən əvvəl bunlar geosiyasi baxımdan zəruridir. Əlbəttə ki, dünənki açıqlamalardan sonra bəzi bölgələrdə "təcili əməliyyatlar başlayacaq" təəssüratı ortaya çıxdı. Düşünürəm ki, Türkiyə indiki halda təqib hərəkatı, nöqtə əməliyyatları ilə misli ilə qisas alar, amma hərtərəfli bir əməliyyat üçün diplomatiyadan sonuna qədər istifadə edəcək. Rəcəb Tayyib Ərdoğanın açıqlamalarından başa düşürəm ki, Türkiyənin düşündüyü bir plan var. Bu plan addım-addım həyata keçiriləcək. Ancaq nə vaxt geniş miqyaslı bir əməliyyata çevriləcəyini söyləmək çətindir".
Akqabay

Dünya       Tarix: 12 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az en son xəbərlər bugün