Türkiyənin ilk milli "Yeni Altay" tankları Silahlı Qüvvələrə təhvil verildi
Türkiyənin ilk milli "Yeni Altay" tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
KONKRET.az-ın məlumatına görə, mərasim Sakaryada keçirilib.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas döyüş tankı olacaq "Yeni Altay" tankı Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biridir:
"Tankın hazırlanması zamanı biz çoxlu çətinliklərlə qarşılaşdıq. Prosesi sabotaj etməyə cəhd edilib. Biz təslim olmadıq, bir addım da geri çəkilmədik. Biz daha yaxşı, daha müasir silah istehsal etmək üçün çox çalışmışıq. Xüsusilə, mühəndislərimiz bir çox maneələri dəf etmək üçün çox çalışdılar".
Qeyd edək ki, "Yeni Altay" davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.
"Yeni Altay" nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.
"Yeni Altay" keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan "Leopard" tankları ilə müqayisə edilir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır