Türkiyənin məşhur serialının aktyoru "TikTok"da fırıldaqçılıqla bağlı şübhəli qismində dindirildi - FOTO

Türkiyənin məşhur serialının aktyoru Türkiyənin məşhur serialının aktyoru "TikTok"da fırıldaqçılıqla bağlı şübhəli qismində dindirildi - FOTO
Türkiyədə "TikTok" sosial media platformasında fırıldaqçılıq yolu ilə 1,2 milyard Türkiyə lirəsi dəyərində gəlir əldə etdikləri ittihamı ilə 163 nəfər saxlanılıb.
Saxlanılanlardan 10-u həbs edilib.
42 fenomenə məxsus 1700 bank hesabı, bütün virtual pul aktivləri, 32 mənzil, 1 villa, 9 torpaq sahəsi, 6 iş yeri, 38 lüks avtomobil, 14 şirkətə məxsus ortaqlıq payları məhkəmənin qərarı ilə müsadirə edilib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən fırıldaqçı dəstəyə qarşı aparılan istintaq zamanı Türkiyənin məşhur "Emret komutanım", "Lise kitabı", "Sakarya Fırat" kimi seriallarında və "Komutanım Şah Mat", "Uzun hikaye" və "Kolpaçino 3 devre" filmlərində rol alan aktyor Ferdi Kurtuldu da açıqlama verib.
Ferdi Kurtuldunun şübhəli qismində ifadə verdiyi məlum olub.
Kurtuldu açıqlamasında 20 ilə yaxındır kino və teatrda aktyorluq etdiyini, ayda təxmini 20-30 min pul qazandığını, yaşadığı evin ailəsinə məxsus olduğunu, heç bir kirayə haqqı vermədiyini, başqa gəlir mənbəyinin də olmadığını bildirib.
Aktyor 3-4 ay əvvəl bir xarici nömrədən ona zəng gəldiyini və zəng edənin ona link göndərdiyini, linkin isə "Facebook" səhifəsinə yönləndiyini deyib. O qeyd edib ki, zəng edən şəxs "Telegram" hesabı açacağını deyərək ona mavi işarəsinin lazım olduğunu bildirib. Ferdi Kurtuldu isə həmin şəxsi hər yerdən bloklayıb.
Prokurorluq ifadəsindən sonra aktyoru sərbəst buraxıb.
Həmçinin "Adana sıfır bir" serialında oynayan Furkan Selahattin Konuş adlı şəxsin də "TikTok"da istifadəçi olmamasına baxmayaraq hesabında 1 milyon 142 min lirə olduğu və pulun bir hissəsinin 116 əməliyyat vasitəsilə bəzi şəxslərə köçürüldüyü məlum olub.
Qeyd edək ki, "TikTok" sosial media platformasındakı yayımları araşdıran İstanbul Kibercinayətlərlə Mübarizə Şöbəsinin qrupları aparılan söhbətlərdən şübhələnərək hərəkətə keçib. Müəyyən edilib ki, bəzi istifadəçilər "TikTok"da "Jeton" adlı virtual pul ala bilirlər və sonra bu birdəfəlik jetonu müqavilə bağladıqları fenomenlərə göndərirlər, fenomenlər isə pulu əvvəlcədən müəyyən edilmiş hesablara köçürürlər.
Həmçinin pul göndərmək üçün istifadə edilən kredit kartlarının da oğurlandığı və ya kopyalandığı aşkar edilib. Yayım edənlərin və pul göndərənlərin 4000-dən çox bank hesabı əməliyyatları ilə bağlı da araşdırılıb. Araşdırmalar zamanı bu hesablara 1,2 milyard lirəlik bir pul axının olduğu müəyyən edilib.
Türkiyənin məşhur serialının aktyoru Türkiyənin məşhur serialının aktyoru Türkiyənin məşhur serialının aktyoru Türkiyənin məşhur serialının aktyoru Türkiyənin məşhur serialının aktyoru Türkiyənin məşhur serialının aktyoru Türkiyənin məşhur serialının aktyoru Mənbə: Haber Global / oxu.az

Şou Biznes       Tarix: 15 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar son.xeberler cəbhədən son xeber cəbhədən son məlumat