Türkmənistanda un üstündə dava: Altı uşaq anası ÖLDÜ

Türkmənistanda un üstündə dava: Altı uşaq anası ÖLDÜTürkmənistanın Daşoğuz vilayətinin Koroğlu (Görogly) rayonunda subsidiyalı un üstündə baş verən davada bir qadın ölüb.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı mağaza işçisi həbs edilib.
Qeyd olunub ki, hadisə iyulun 14-də rayon mərkəzindən üç kilometr şərqdə yerləşən Yağtılıq (keçmiş Leninqrad kəndi) kəndindəki 19 nömrəli dövlət mağazasının qarşısında baş verib.
Belə ki, un növbəsində çıxan dava zamanı 45 yaşlı qadın mağazanın qarşısındakı pilləkənlərdən yıxılaraq yerindəcə keçinib.
"Mağazanın qarşısına toplaşan 300-ə yaxın insan 3 aydır ki, qızmar günəşin altında axşam saat 4-ə qədər un gözləyir", –  məlumatda deyilir.
Məlumata görə satıcı gətirilən unun çox az olduğunu və hamıya çatmayacağını bildirəndə insanlar dükanın girişinə axışıb. Növbənin olmasına baxmayaraq, insanlar başqalarından əvvəl un almağa çalışıblar. Nəticədə kənd sakinləri arasında dava düşüb. Bu zaman 6 uşaq anası davanın qurbanı olub. Başı pilləkənə dəyən qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Kənd sakinləri zərərçəkəni xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, iqtisadi böhranın dərinləşməsi və kütləvi işsizliyin artması ilə getdikcə daha çox türkmən ailəsi subsidiyalaşdırılmış ərzaqdan asılı olur. Dövlət mağazaları vasitəsilə əhaliyə paylanan ərzaq rasionunun siyahısına un, çörək və bitki yağı daxildir. Son zamanlar Türkmənistanın müxtəlif bölgələrindən ayda bir dəfə adambaşına 5 kq-dan satılmalı olan unun bir neçə ay gecikir. Bəzi hallarda isə sakinlərə müəyyən olunmuş 5 kq əvəzinə cəmi 1 kq un verilir.
İqbal Rzayev,
KONKRET.az

Hadisə       Tarix: 19 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun az xeber son xeberler az xəbərlər.com