Üç məşhur həkim hakim qarşısına çıxarılır
Üz-çənə sahəsində tanınmış üç həkim pasiyenti düzgün müalicə etmədiklərinə görə məhkəməyə verilib.
azxeber.com unikal-a istinadən xəbər verir ki, Elmira Tofiq qızı Ağabalayeva və anası Mahirə Məmmədrahim qızı Ağabalayeva üç tanınmış həkim - Sənan Tofiq oğlu Xankişiyev, Şamil Ehtibar oğlu Rzayev və Fərman İbrahim oğlu Həsənov barəsində Nərimanov rayon Məhkəməsinə şikayət ediblər. Məhkəmə prosesinə hakim Nərgiz Tağıyeva sədrlik edəcək.
Qeyd edək ki, mülki işdə cavabdeh qismində yuxarıda adı sadalanan həkimlər, "Araş Estetik" MMC, "Dental Arts Studio" MMC, "Real Hospital" MMC və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tanınıb. İddiaçı Elmira Ağabalayeva həkimlər və klinikalardan tələb kimi ona dəymiş ziyanı ödəməyi qoyub.
Xatırladaq ki, adları sadalanan həkimlər pasiyent cəlb etmək üçün TV-lərdə daim özlərini reklam edirlər. Şamil Rzayev hətta 2020-ci ildə keçirilən parlament seçkisində millət vəkilliyinə namizəd də olub.
Sənan Xankişiyev barəsində isə birinci pasiyent şikayəti deyil. Belə ki, 2017-ci ildə Südabə Məlikova adlı vətəndaş sağlamlığında yaranmış fəsadla bağlı Sənan Xankişiyevdən məhkəməyə şikayət də etmişdi.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir