Ucar sakini qəzadan 3 gün sonra öldü
Ucar rayon sakini qəzadan 3 gün sonra ölüb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Ucar-Zərdab avtomobil yolunda qəzaya düşən Ucar sakini, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva müalicə olunduğu Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Qeyd edək ki, 3 gün öncə Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində Rəşad Lətofovun İdarə etdiyi "Mercedes" və Cəlal Cəfərovun idarə etdiyi "Toyota Carolla" markalı minik avtomobilləri Sərvan Ağayevin əsas yola çıxmaq məqsədi ilə kənd yolunda saxladığı " Mercedes" markalı minik avtomobilinə çırpılıb.
Nəticədə 10 nəfər – 4 nəfər Zərdab, 6 nəfər isə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Ağır xəsarət alan Solmaz Xudayevaya Ucar Mərkəzi Rayon Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə Göyçay xəstəxanasına göndərilmişdir.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi