Ucarda 16 yaşlı qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı - AÇIQLAMA
Ucarda yetkinlik yaşına çatmayan qızın toyunda iştirak edən polis əməkdaşı ilə bağlı araşdırma aparılır.
Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub. Mərasimin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:
"Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək". / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var