Ucarda 2 nəfərin öldüyü və 22 nəfərin yaralandığı yol TƏHLÜKƏ SAÇIR
Fevralın 16-da 14 avtomobilin toqquşması və 2 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəzanın baş verdiyi Bakı-Qazax yolunun Ucarın Qulabənd kəndindən keçən hissəsində sürücülər çətin anlar yaşayırlar.
KONKRET.az Baku TV-yə istinadən məlumat verir ki, sözügedən yolda hazırda işıqlandırma yoxdur. Bu da öz növbəsində həmin ərazidə qəza şəraitini artırır.
"Dumanlı havada yolu görmək mümkün deyil. Uzaqvuran işıqlandırıcıdan isə qarşıdan gələn sürücünün gözünə düşür deyə istifadə etmək olmur. İşıqlandırmanın olmaması piyada ölümlərinə səbəb olur", – deyə sürücülər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hazırda sözügedən ərazidə işıqlandırma sisteminin quraşdırılması ilə bağlı hər hansı bir layihə mövcud deyil.
Ətraflı süjetdə:

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir