Ucarda sürücü yoxa çıxdı
Ucarda sürücü müəmmalı şəkildə yoxa çıxıb.
KONKRET.az xəbər verir ki, ötən gün gecə saatlarında Baş Dövlət Yol Polisinin Ucar Rayon Şöbəsinin Yol Polisi əməkdaşları nömrəsiz nəqliyyat vasitəsini rayon ərazisində saxlayıblar.
Sənəd təqdim etməyən sürücü hadisə yerindən qaçıb. Aparılan axtarışlar nəticəsində hadisə yerindən mobil telefon aşkar olunaraq götürülüb. Sürücü isə yoxa çıxıb. Yaxınları onun itkin düşməsi barədə polis şöbəsinə məlumat verib.
Qeyd edək ki, onun yaxınlıqdakı kanala düşməsi də ehtimal olunur.
Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, dekabrın 23-də gecə saatlarında yol polisi əməkdaşları hərəkətdə olan və üzərində dövlət qeydiyyat nişanı olmayan "İJ" markalı nəqliyyat vasitəsinə saxla işarəsi veriblər. Bu zaman sükan arxasında olan Zərdab rayonunda qeydiyyatda olan və Ucar rayonunda yaşayan Səlyəddin Vahidov sənəd təqdim etmək adı ilə nəqliyyat vasitəsini kənara çəkərək yaxınlıqdakı fermaya qaçıb. Nəqliyyat vasitəsi götürülərək aidiyyəti üzrə təhvil verilib.
Bu gün S.Vahidovun yaxınları onun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər. S. Vahidovun tapılması istiqamətində axtarışlar davam edir./apa

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır