Uduzması üçün Frank Çamizoya 300 min rüşvət təklif edilib? - Güləş Federasiyası BƏYANAT YAYDI

Uduzması üçün Frank Çamizoya 300 min rüşvət təklif edilib? - Güləş Federasiyası BƏYANAT YAYDIAzərbaycan Güləş Federasiyası italiyalı sərbəst güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib:
"5-7 apreldə Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirildi. Bu yarış ilk dəfə Bakıda təşkil edildi. Ümumiyyətlə, adı çəkilən arena ilk dəfə güləş yarışına ev sahibliyi etdi.
Bütün bunlara baxmayaraq, Azərbaycan Güləş Federasiyasının digər idman təşkilatları və dövlət qurumlarının dəstəyi ilə keçirdiyi yarışın təşkilatçılığı yüksək səviyyədə qiymətləndirildi. Təsadüfi deyil ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə yanaşdığını qeyd edib və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev sahibliyi edəcəyinə inandığını bildirib.
Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri də böyük maraq göstərdi. Yerli jurnalistlərlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif ölkələrdə canlı nümayiş etdirildi.
Yarışa azarkeş marağı da böyük oldu. Xüsusən sonuncu gündə Milli Gimnastika Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz nümunəsidir.
Avropa Olimpiya Təsnifat turnirində 3 güləş növünün cəmində 36 idmançı Paris-2024-ə lisenziya qazandı. Bu lisenziyalardan 5-i Azərbaycanın payına düşdü. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə edildi. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə 3, Gürcüstan, Ukrayna və Almaniya 2, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə 1 lisenziya əldə etdi.
Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.
Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo "Duty to report" qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman "Fair Play" ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamizonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcəyik".

İdman       Tarix: 13 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Raundun matçları iki günü əhatə edəcək. "Sabah" – "İmişli" matçı dekabrı

Lukaku millidəki karyerasını başa vurdu

"Fənərbağça" klubunun futbolçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, milli komandada keçirdiy

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək. xəbər verir ki, sözügedən araneda I Liqanın "Xankəndi" – "Karvan-Yevlax" oyunu baş tutacaq. VII turun qarşılaşmasın

Braziliya 7:0 hesablı qələbə qazandı

Braziliya milli komandası yoldaşlıq görüşü keçirib. KONKRET.azxəbər verir ki, Karlo Ançelottinin rəhbərlik etdiyi yığma Sinqapurla üz-üzə gəlib. Cənubi amerikalılar bu görüşdə 7:0 hesablı qələbəyə sevinib. Oyunda Vinisiu

Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. KONKRET. -a istinadla xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsind

Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı

Ukraynanın "Polesye" klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko "Qarabağ"ın futbolçusu Aleksey Kaşuku transfer etmək istədiklərini təsdiqləyib. -a istinadla xəbər verir ki, o, 26 yaşlı yarımmüdafiəçini

Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub oldu

UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun oyunlarına start verilib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, ilk oyun günündə A və C liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib. A Liqasında Belçika İtaliyan

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər son xeber az cəbhədən son məlumat en son xeber