UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" üzərində qələbə qazandı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, Skopyenin "Todor Proeski" stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 18-ci dəqiqədə Toral Bayramov vurub. O, Leandro Andradeyə qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində"Ludoqorets" (Bolqarıstan) – "Ferentsvaroş" cütünün qalibi ilə üz-üzə gələcək.
****
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.
İlk görüş səfərdə baş tutacaq. "Todor Proeski" stadionunda keçiriləcək qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə edəcəklər.
Qurban Qurbanovun komandası ÇL-in 2-ci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" kollektivini hər iki oyunda məğlub edib. "Şkendiya" da Rumıniya nəhəngi "Styaua"ya həm evdə, həm də səfərdə qalib gəlib.
Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00. "Şkendiya" – "Qarabağ"
Baş hakim: İvan Kruzlyak (Slovakiya)
"Todor Proeski" stadionu.
***
Komandaların start heyətləri açıqlanıb:
"Qarabağ": Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade
"Şkendiya": Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B.İbraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi
***
Matç başladı.
***
18-ci dəqiqədə "Qarabağ" hesabı açdı. Toral Bayramov penaltidən fərqlənir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib