UEFA Çempionlar Liqasının formatı dəyişdirilə bilər
UEFA köhnə qitənin altı futbol federasiyasının müstəqil "Avropa Superliqası" yaratması planlarını aradan qaldırmaq üçün Çempionlar Liqası turnirinin formatında ciddi dəyişikliklər etməyi planlaşdırır.
Publika.az-ın məlumatına görə, yeniliklər 2024-2025-ci illər mövsümündən qüvvəyə minəcək.
İddialara əsasən, yarışın qrup mərhələsi iştirakçılarının sayı və mərhələdəki oyun sayı artırılacaq. Hər komanda qrup çərçivəsində 6 deyil, 10 oyun keçirəcək. Oyunlar həftənin üç günü (çərşənbə axşamı, çərşənbə və cümə axşamı) təşkil olunacaq. Qrup mərhələsindən sonra bütün komandaların nəticələri birləşdiriləcək və ilk 8 pillədə qərarlaşan klublar növbəti 1/16 mərhələsinə adlayacaq. 9-24 cü yerləri tutan kollektivlər isə növbəti 8 yer üçün mübarizə aparacaq.
Bununla da, bir komanda finaladək 13 deyil, ən az 17 qarşılaşma oynayacaq. Turnir çərçivəsindəki matçların sayı isə 125-dən 200-dək artırılacaq.
Həmçinin UEFA aparıcı çempionatlardan turnirə qatılan klubların sayını 4-dən 6-dək artırmağı düşünür.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb