UEFA daha iki kluba texniki məğlubiyyət verdi
UEFA koronavirusla əlaqədar təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunları ilə bağlı yekun qərarını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 19-da Farer adalarının "Klaksvik" klubu ilə qarşılaşmalı olan Slovakiya "Slovan"ına 0:3 hesablı məğlubiyyət verilib. UEFA Bratislava təmsilçisinə hətta əvəzedici komandanın üzvləri ilə oynamaq üçün şans yaratsa da (matç avqustun 21-nə təxirə salınmışdı), həmin oyunçularda da koronavirus aşkarlanması texniki məğlubiyyəti qaçılmaz edib. Bu qərardan sonra "Klaksvik" oynamadan mərhələ adlayıb. Farer adaları təmsilçisi 2-ci təsnifat mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.
Avropa Liqasının ilkin mərhələsində isə Kosovo "Priştina"sı Cəbəllütariqin "Linkoln Red İmps" klubu ilə üz-üzə gəlməli idi. Amma Kosovo təmsilçisinin heyətində 8 futbolçuda koronavirus aşkarlandığı üçün, matç təxirə salınmışdı. Kosovo klubu fərqli heyətlə oynamaq istəsə də, yeni oyunçularda da koronavirusa yoluxanlar tapıldığı üçün, qarşılaşmanın ləğvinə qərar verilmişdi. Artıq UEFA "Priştina"ya da 0:3 hesablı texniki məğlubiyyət verib. Oynamadan mərhələ adlayan "Linkoln Red İmps" Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburqun "Union" Titus Petange" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA daha öncə ÇL-də Kosovonun "Drita" klubuna da texniki məğlubiyyət vermişdi.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır