UEFA "Finalissima"nın keçiriləcəyi məkanı AÇIQLADI
Futbol üzrə İtaliya və Argentina milli komandaları arasındakı matçın keçiriləcəyi məkanın adı dəqiqləşib.
KONKRET.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq.
Bakı vaxtı ilə saat 22:45-də başlanacaq görüş "Finalissima" adını alıb. Bir matçdan ibarət qarşılaşmada əsas vaxt heç-heçə ilə yekunlaşsa, birbaşa penaltilər seriyasına müraciət olunacaq. Hakimləri hər iki ölkənin futbol federasiyası təyin edəcək. Biletlər martın 24-dən satışa çıxarılacaq.
UEFA və CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) 30 iyun 2028-ci ilədək nəzərdə tutulan yenilənmiş və genişlənmiş memorandum imzalayıblar. Tərəflər tədbir zamanı İtaliya və Argentina yığmaları arasında matçın təşkilini razılaşdırıblar.
Qeyd edək ki, İtaliya AVRO-2020-nin, Argentina isə Amerika Kubokunun qalibi olub. Avropa və Cənubi Amerika çempionları tarixdə üçüncü dəfə üz-üzə gələcəklər. 1985-ci ildə Fransa Uruqvaya 2:0 hesabı ilə qalib gəlibsə, 1993-cü ildə Argentina Danimçarkanı penaltilər seriyasında yenib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu