UEFA təsdiqlədi: "Qarabağ"ı gözləyən mükafat
UEFA 2022/23 mövsümündə avrokubokların mükafat fondunun bölüşdürülməsi sxemini təqdim edib.
KONKRET.az xəbər verir, Avropanın futbol qurumu ümumilikdə 3,5 milyard avro ayırıb. Bunun 465 milyon avrosunu Avropa Liqasında çıxış edənlər, 235 milyonunu isə Konfrans Liqasının iştirakçıları alacaq. Mükafatın böyük hissəsi Çempionlar Liqasının payına düşəcək – 2 milyard 32 milyon avro. ÇL-də pley-offa qədər irəliləyən klubların hər biri 5 milyon qazanacaq. Qrupa yüksələnlərin gəliri isə 15,64 milyon avro olacaq.
Qrupdakı hər qələbə 2,8 milyon, heç-heçə isə 930 min avro gətirəcək. ÇL-in 1/8 finalına çıxmaq klublara 9,6 milyon, 1/4 finala 10,6 milyon, yarımfinala 12,5 milyon, finala yüksəlmək isə 15,5 milyon qazandıracaq. Çempionlar Liqasının qalibi əlavə 4,5 milyon əldə edəcək.
UEFA superkuboku uğrunda matçın iştirakçıları da hərəyə 3,5 milyon, qalib isə əlavə 1 milyon avro qazanacaq.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"ini üstələyərək (0:1, 5:1) növbəti mərhələyə yüksəlib. "Atlılar"ın növbəti raunddakı rəqibi "Sürix" olacaq.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu