Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK

Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK"Aydındır ki, Ermənistan parlamentindəki bu klounada heç bir nəticə verməyəcək… Referendum olmayacaq. Əgər keçirilsə belə, yalnız cəmiyyətin "revanş istədiyini" nümayiş etdirmək məqsədi daşıyacaq".
KONKRET.az globalinfo.az-a istiinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib.
O, Ermənistanda revanşist düşüncədə olanlara bəzi detalları xatırladıb:
"1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 2-ci maddəsində birbaşa qeyd olunub ki, "Azərbaycan Respublikası 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".
Bu isə o deməkdir ki, Zəngəzur və Göyçə gölünün şərq sahili, eləcə də ətraf ərazilər Azərbaycanın ərazisidir. Bu torpaqlar işğalçı bolşevik Rusiyasının hakimiyyət orqanları tərəfindən qanunsuz şəkildə qondarma Ermənistan SSR-ə verilib.
Ermənistan faktiki olaraq Alma-Ata Bəyannaməsinin prinsiplərini tanımadığına görə, bu, danışıqların əsasını ADR ilə Ararat Respublikası arasındakı sərhədlərin təşkil etməli olduğu anlamına gəlir".
Sabiq nazir bildirib ki, internetdə yayılmış tarixi məlumatlara əsaslansaq, Ermənistan Respublikası 28 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra elan edilib və 1920-ci ilin sonlarında sovetləşənədək mövcud olub:
"1918-ci il Batum müqaviləsinə əsasən, respublikanın ərazisi cəmi 11–12 min kvadratkilometr təşkil edirdi. Buraya İrəvan, Eçmiədzin, Novo-Bəyazet qəzaları və Aleksandropol qəzasının bir hissəsi daxil idi. Paytaxt İrəvan şəhəri 29 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası (ADR) tərəfindən ona güzəştə edilmişdi".
Xatırladaq ki, Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunub. Layihədə Müstəqillik Bəyannaməsinə istinad yer almır. Yeni Konstitusiya layihəsinin qəbul edilməsi üçün əsas prosedur parlamentdə layihənin referendumda səsverməyə çıxarılmasına razılıq verilməsi və daha sonra referendumda təsdiqlənməsidir.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar əks olunub. Rəsmi Bakı İrəvanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını şərt kimi irəli sürüb.

Siyasi       Tarix: 23 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK

"Aydındır ki, Ermənistan parlamentindəki bu klounada heç bir nəticə verməyəcək… Referendum olmayacaq. Əgər keçirilsə belə, yalnız cəmiyyətin "revanş istədiyini" nümayiş etdirmək məqsədi daşıyacaq". -

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənista

"Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?"

"Əliyevin sülhü" deyirlər (müxalifəti nəzərdə tutur – red. Gəlin sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsi imzalanmalıdır, onu kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşas

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Mill

Tramp Paşinyanı Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı gələn il Vaşinqtona səfəri zamanı Ağ Evdə qəbul etmək istəyir. . KONKRET. -a istinadən xəbər verir ki, Tramp Paşinyanı ABŞ-da Milli Dua Səhər Yeməyinə dəvə

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar xeberlər xeberler valyuta