"Ukrayna alındı, indi qaldı NATO ilə müharibə" - Simonyan xəyal dünyasında
"Rusiya Ukraynanı bir il əvvəl – işğalın ilk günlərində, Qostomeli tutanda məğlub edib".
KONKRET.az xəbər verir ki, bunu "Vladimir Solovyovla bazar günü axşamı" verilişinin efirində erməni əsilli rusiyalı təbliğatçı Marqarita Simonyan deyib.
"Biz ilk iki-üç gündə Ukraynanı məğlub etdik. Qostomeli alanda, əslində Ukraynanı tamamilə tərksilah etdik, onun əsas hərbi qüvvələrini məhv etdik", – Simonyan deyib.
Təbliğatçı Rusiya ilə NATO qarşıdurmasını İkinci Dünya və Böyük Vətən müharibəsi ilə müqayisə edib:
"İndi Ukrayna ərazisində NATO ilə müharibə gedir. Bu müharibə isə bizim üçündür, bu çağırışdır. Allaha şükür ki, güc İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsindən fərqli olaraq bizim yanımızdadır", – deyə Simonyan ümidini itirməyib
O qeyd edib ki, Rusiyanın bu müharibədə müttəfiqi yoxdur, yalnız "xeyirxah müşahidəçilər" var:
"Çin, Hindistan, ərəb dünyası, Latın Amerikası, onlar Rusiya Federasiyasının tərəfini tutmaqdan çəkinirlər".
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir