Ukrayna ATƏT-ə üzv ölkələri təcili toplantıya ÇAĞIRDI
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Rusiya da daxil olmaqla, ATƏT-in bütün üzvlərini 48 saat ərzində toplantıya çağırıb.
KONKRET.az xəbər verir ki, Xarici işlər naziri Dmitri Kuleba Rusiyanın ölkəsinə yaxın bölgələrdəki hərbi fəaliyyətləri ilə bağlı ətraflı izahat tələbinə cavab vermədikləri üçün bu addımı atıb.
Nazir bildirib ki, Rusiya iki gün əvvəl Ukrayna sərhədləri yaxınlığında və qanunsuz işğal edilən Krımda hərbi hərəkətləri ilə bağlı izahat vermə tələbinə cavab verməyib:
"Vyana sənədinə əsasən izahat verməli olsa da, sorğumuza cavab verilməyib. Biz növbəti addımı atırıq. Ukrayna yaxın 48 saat ərzində Rusiya ordusu birliklərinin gücləndirilməsi və hərəkətini müzakirə etmək üçün Rusiya və bütün iştirakçı dövlətləri görüşməyə çağırır. Əgər Rusiya ATƏT regionunda təhlükəsizliyin bölünməzliyi ilə bağlı verdiyi vədləri yerinə yetirərsə, hərbi şəffaflıq öhdəliklərini də yerinə yetirməlidir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var