"Ukrayna əraziləri parçalanmaq ərəfəsindədir" - Siyasi ekspert

Rusiyanın Ukraynaya hücumundan sonra dünya siyasətində yeni gündəm formalaşdı. Ukraynaya edilən hücum birmənalı olaraq qınandı və Rusiyaya sanksiyalar tətbiq edilməyə başladı. Cəmi bir neçə günə Ukraynanı işğal etməyi planlaşdıran Putin hakimiyyəti isə müharibənin ilk günlərində fərqli mənzərəylə rastlaşdı. Ukrayna xalqının təcavüzə qarşı mübarizəsi rusların və Qərbin planlarına uyğun deyildi. Müharibənin sonrakı mərhələsində ukraynalıların ciddi müqavimətini görən Qərb Ukraynaya hərbi yardımlar etməyə başladı. Amma rusların hücumunu dəf etmək üçün tələb olunan silahlar Ukrayna ərazisinə buraxılmadı. Analtiklər hesab edir ki, uzunmüddətli müharibəylə Ukraynanı zəiflətməyə hesablanan plan sonda bu ölkənin bölünməsinə səbəb olacaq. Qərbin məkrli siyasəti və Rusiyanın hərb maşınının qarşısında cəsarətlə dayanan Ukrayna isə mübarizəni davam etdirir.
Politoloq Elçin Mirzəbəyli KONKRET.az-ın suallarını cavablandırarkən bildirdi ki, Qərb və Rusiyanın Ukyarananı parçalamaq niyyəti ilə bağlı fikirlər yeni deyil:
"Bu daha öncə də səsləndirilib. Kifayət qədər ciddi analitiklər və bir vaxtlar ABŞ-ın kəşfiyat strukturlarında çalışan insanlar tərəfindən də belə ssenarilər dilə gətirilib. Vaxtilə Almaniyanın iki hissəyə bölünmə təcrübəsini nəzərə alsaq, bu konteksdən də Ukraynanın ikiyə bölünmə ehtimalının olmasını söyləyə bilərik. Hər halda prosesin ilk günlərindən Ukraynaya ciddi dəstəyin verilməməsi, daha sonra bu ölkənin infrastrukturuna ciddi zərbələr dəyəndən sonra Qərb ölkələrinin müəyyən qədər hərəkətə keçməsi belə bir ehtimalın olduğu barədə təəssüratlar formalaşdırır. Hadisələrin gedişində prosesi fərqli istiqamətə yönəldə biləcək elementlərin olması hər zaman mümkündür. Əslində müharibənin ilk günlərindən Qərb Ukraynanın bu qədər müavimət göstərəcəyini gözləmirdi. Onlar müharibənin bir neçə günə, maksimum bir aya başa çatacağını ehtimal edirdilər. Amma Ukrayna xalqının müqaviməti və döyüş əzmi nəticə etibarilə proseslərin indiki məcraya gəlib çatmasına zəmin yaratdı.
Ukrayna faktiki olaraq Rusiyanın hərb maşınına qarşı tək başına mübarizə aparmalı oldu. Digər yardımlar düşünürəm ki, bir o qədər də mühüm əhəmiyyətə malik deyil. Proseslərin gedişini dəyişə biləcək yeni məqamlar ortaya çıxa bilər. Bu ehtimal həmişə var. Amma ümumi mənzərə onu deməyə imkan verir ki, Ukraynanın ikiyə bölünməsi və faktiki olaraq hər iki tərəfdən Ukrayna torpaqlarının bufer zona kimi istifadə edilməsi kimi niyyət var".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 26 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə ən son xəbərlər bugün hava son.xabar