Ukrayna Ermənistanın ATƏT büdcəsini boykot etməsindən NARAHATDIR
Ukraynanın Rusiya ilə hərbi qarşıdurmasının getdiyi Donbas bölgəsində 2014-cü ildən bu yana çalışan ATƏT-in Xüsusi Müşahidə Missiyasının səlahiyət müddəti 2021-ci ilin martın 31-də başa çatır.
Publika.az "Caliber.az"a istinadla xəbər verir ki, hazırda missiyanın mandatının daha bir il uzadılıb-uzadılmayacağı müzakirə olunduğu bir vaxtda münaqişə bölgəsində vəziyyət gərginləşib.
Bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi bütün qərarların konsensusla verildiyi ATƏT-də bu məsələyə dair yekdil fikir olmadığını, ona görə də mandatın uzadılmaması ehtimalının artdığını açıqlayıb: "Beləliklə, aprel ayının əvvəlindən ATƏT Rusiya-Ukrayna münaqişəsinin həllini dəstəkləmək üçün başlıca təsir vasitəsindən məhrum ola bilər".
Belə ki Normandiya formatı çərçivəsində təhlükəsizliyin təminatına dair əldə edilmiş Minsk razılaşmalarının yerinə yetirilməsi kəskin çətinləşər.
"Bizim BMT, Avropa İttifaqı, yaxud NATO himayəsində sülhməramlı missiyamız yoxdur. Burada beynəlxalq nəzarət yalnız ATƏT-in Xüsusi Müşahidə Missiyasından ibarətdir. Odur ki, bu missiyanın burada qalması bizim üçün çox mühümdür", - deyə Ukraynanın beynəlxalq təşkilatlar nəzdində daimi nümayəndəsi Yevhenii Tsımbaliuk daha əvvəl "Ukrinform"a bildirib.
Ukrayna rəsmiləri də ATƏT missiyası getsə, hazırda nəzarət etmədikləri ərazilərə Rusiya ordu hissələrinin də yeridiləcəyini istisna etməyiblər.
Xatırladaq ki, bu günlərdə ATƏT-in, habelə bu təşkilatın Ukraynadakı Xüsusi Müşahidə Missiyasının büdcəsinin qəbul olunmasının Ermənistan tərəfindən əngəlləməsi xəbəri verilib. Bununla da rəsmi Yerevan həm ATƏT-in nüfuzuna və səmərəli fəaliyyətinə xələl gətirib, həm də Ukraynaya qarşı bədxah niyyətlərini büruzə verib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər