Ukrayna İranla diplomatik əlaqələri kəsmək NİYYƏTİNDƏDİR
Ukrayna İranla diplomatik əlaqələri kəsmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BBC News Ukraynaya müsahibəsində deyib.
İranla diplomatik münasibətləri kəsmək qərarı Tehranın bundan sonrakı davranışından asılı olaraq hər an verilə bilər.
"Bilirsiniz ki, mən prezidentə belə bir təklif vermişəm, bu məsələ tamamilə açıqdır. Qərar İranın gələcək davranışından asılı olaraq hər an verilə bilər", – deyə Ukrayna XİN rəhbəri bildirib.
O, əlavə edib ki, İranda hərbi infrastrukturu kimin vurduğunu bilmir.
"Biz tarixən İrana heç bir pislik etməmişik. İran Rusiyaya kamikadze döyüş aparatları tədarük etməyə başlayıb. Onlar xətti keçib", – deyə Kuleba qeyd edib.
Nazir həmçinin hücumları siqnal adlandırıb:
"Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, sizi əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri qat-qat artıq olacaq".
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi