Ukrayna mediası Qurbandan nələr yazdı?
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" – "Qarabağ" oyunu ərəfəsində Ukrayna mətbuatı baş məşqçi Qurban Qurbanov haqqında geniş təhlil dərc edib.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, "champion.com.ua" nəşri "Qarabağ"ın son illərdə qazandığı uğurların təsadüfi olmadığını vurğulayaraq, bunun əsas səbəbkarı kimi 18 ildir komandaya rəhbərlik edən Qurban Qurbanovu göstərib.
Məqalədə qeyd olunub ki, Qurbanov "Qarabağ"a təyin olunanda ona böyük inam yox idi. Buna səbəb onun daha əvvəl "Neftçi"də uğursuz nəticələr göstərməsi idi.
Ukrayna nəşri Qurbanovun əsas üstünlüklərindən birinin sabit kollektiv formalaşdırmaq bacarığı olduğunu qeyd edib. Yazıda Abdullah Zubirin 366, Ansi Aqolinin 298, Kevin Medinanın 204, hazırda Ukraynanın "Polissya" klubunda çıxış edən Leandro Andradenin isə 213 oyunda "Qarabağ"ın formasını geyinməsi buna nümunə göstərilib.
Müəllif yazır ki, məhz bu sabitlik "Qarabağ"ı Avropada tanınan komandaya çevirib. Məqalədə 2014-cü ildə "Dnepr" üzərində səfər qələbəsi, 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi, "Atletiko Madrid"lə iki heç-heçə, 2024-cü ildə "Braqa"nın mübarizədən kənarlaşdırılması və "Bayer Leverkuzen"ə son dəqiqələrdə uduzması, həmçinin 2025/2026 mövsümündə "Benfika" və "Kopenhagen" üzərində qələbələr, "Çelsi" ilə heç-heçə xüsusi qeyd olunub.
Təhlildə Qurbanovun transfer siyasətinə də yer ayrılıb. Bildirilib ki, "Qarabağ" böyük büdcəli transferlərdən daha çox, komandanın oyun sisteminə uyğun futbolçular seçir.
Məqalədə Qurbanovun oyun fəlsəfəsi də geniş təhlil olunub. Müəllif qeyd edib ki, "Qarabağ" hətta "Çelsi" və "Liverpul" kimi rəqiblərə qarşı da topa sahib olmağa və öz oyununu oynamağa çalışır.
Müəllif yazır ki, oyun üslubuna görə "Qarabağ" ölkə daxilində "Qafqazın Barselona"sı kimi tanınır.
Nəşr əlavə edib ki, Qurbanov daim özünü inkişaf etdirməyə çalışır. Buna misal olaraq onun ötən mövsüm Almaniyada "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun iş prosesi ilə yaxından tanış olması göstərilib.
Yazının sonunda müəllif Qurban Qurbanovun artıq Azərbaycanda sadəcə məşqçi deyil, milli futbolun simvollarından birinə çevrildiyini vurğulayıb. Sabiq kapitan Maksim Medvedev isə onu məşhur şotlandiyalı mütəxəssis Aleks Ferqyusonla müqayisə edib.
"Qurbanov bizim azərbaycanlı Aleks Ferqyusonumuzdur. O, nə qədər istəsə, "Qarabağ"ın baş məşqçisi olaraq qalacaq. Günlərin birində özü qərar verəcək və karyerasını başa vuracaq", – deyə Medvedev bildirib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA